Call of Duty

Call of Duty
Call of Duty videooyun seriyasının loqosu
JanrlarBirinci şəxs atıcı
YaradıcılarƏsas
Infinity Ward
(2003–hal-hazırda)
Treyarch
(2005–hal-hazırda)
Sledgehammer Games
(2011–hal-hazırda)
Raven Software
(2016–hal-hazırda)
NəşrçilərActivision
MüəlliflərStiven Spilberq[1]
PlatformalarMicrosoft Windows
OS X
Nintendo DS
GameCube
Nokia N-Gage
PlayStation 2
PlayStation 3
PlayStation 4
PlayStation 5
PlayStation Portable
PlayStation Vita
Wii
Wii U
Xbox
Xbox 360
Xbox One
Xbox Series X/S
iOS
Android
BlackBerry
J2ME
İlk buraxılışCall of Duty
29 oktyabr 2003-cü il
Son buraxılışCall of Duty: Vanguard
5 noyabr 2021
Rəsmi vebsaytıcallofduty.com

Call of Duty (azərb. Döyüş tapşırığı‎) — ABŞ şirkəti "Activision" tərəfindən istehsal olunan birinci şəxs atıcı janrında videooyunlar seriyası. Bu seriyadakı oyunlar "Infinity Ward", "Treyarch" və "Sledgehammer Games" kimi studiyalar tərəfindən istehsal edilmişdir. 2003-cü ildə satışa çıxarılan ilk oyunla başlayan seriyanın ilkin epizodlarının məzmunu İkinci Dünya mharibəsinə yönəlmişdi. Seriyanın daha sonra buraxılan epizodlarının hadisələri Soyuq müharibə dövründə, yaxın gələcəkdə, hətta kosmosda cərəyan edirdi.

Seriyadakı bir çox oyun müstəsna tənqidi tərif almış və çoxsaylı mükafatlar qazanmışdır. Seriyadakı oyunların adətən çoxnəfərli rejimi var və bu, Şimali AmerikaQərbi Avropada kiberidman kimi populyarlıq qazanmışdır. 2021-ci ilə aid olan məlumata görə, seriyadakı oyunların ümumi satışları 400 milyon kopyanı keçmişdir. Ginnesin Rekordlar Kitabına dünyada ən çox satılan atıcı seriyası kimi daxil edilmişdir. Satılan kopyaların sayına görə ABŞ-də hazırlanmış ən uğurlu videooyun seriyasıdır.

  1. "Medal of Honor: Allied Assault (2002) Windows credits". Moby Games. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search